Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB

14:47 - 18 / 05 / 2024
Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub.

1news.az xəbər verir ki, dövlət başçısına qəsəbənin baş planı üzrə görüləcək işlərlə bağlı məlumat verildi.

Bildirildi ki, layihələndirilən ərazi rayon mərkəzindən 13,2 kilometr cənub-şərq istiqamətində, Araz çayın sahilində - respublika əhəmiyyətli Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerləşir.

Qəsəbənin sahəsi 301,51 hektardır. 2040-cı ilədək qəsəbədə 9088 nəfər üçün 630 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Mincivan qəsəbəsində yaşayacaq əhalinin məşğulluğunun təmin olunması məqsədilə idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri yaradılacaq. Belə ki, qəsəbədə inzibati bina, mədəniyyət mərkəzi, kitabxana və çoxfunksiyalı bina, restoran, idman-sağlamlıq, ailə-sağlamlıq mərkəzləri, hotel, bayraq meydanı, ticarət, məişət və baytarlıq xidmətləri obyektləri, mebel mağazası, mərasim evi, yanğın deposu, bazar kompleksi, emalatxana və satış köşklərinin yaradılması nəzərdə tutulub. Mincivan qəsəbəsində tam orta məktəb, uşaq bağçası, poliklinika, avtovağzal binası, yanacaqdoldurma məntəqəsi, anbar və logistika binaları, ağac emalı və mebel sexləri, digər istehsalat müəssisələri də inşa olunacaq.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələ üçün layihələndirilən ərazinin sahəsi 153,4 hektardır. Bu mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfərin köçürülməsi üçün 628 fərdi ev və 92 mənzildən ibarət bir neçə mərtəbəli dörd yaşayış binasının tikintisi nəzərdə tutulur.

Prezident İlham Əliyev Mincivan qəsəbəsinin təməlini qoydu.

14:47

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Paylaş:
273

Son xəbərlər

“28 May” metrostansiyasında sərnişin qatarın yoluna düşüb02 / 06 / 2024, 13:43Şəkidə üç yaşlı uşağı it dişləyib01 / 06 / 2024, 18:04Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb01 / 06 / 2024, 17:56Tovuzda çaydan kişi meyiti tapılıb01 / 06 / 2024, 17:31Cəlilabad sakini suda boğulub - YENİLƏNİB01 / 06 / 2024, 17:10Hövsanda bank kartlarını talayan şəxs saxlanılıb01 / 06 / 2024, 16:47Hərbi attaşelərin “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub01 / 06 / 2024, 16:26Rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ01 / 06 / 2024, 16:09Şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 15:59Ötən gün itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılıb01 / 06 / 2024, 15:20Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb01 / 06 / 2024, 15:07Suraxanıda mənzildə meyit tapılıb01 / 06 / 2024, 14:53Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 14:37FHN əməliyyat görüntüsü yayıb - VİDEO01 / 06 / 2024, 14:20Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı01 / 06 / 2024, 13:59Bakıda ağır qəza olub, üç nəfər ölüb01 / 06 / 2024, 13:55Myanma Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 13:34İyunun 2-də hava şəraitinin necə keçəcəyi gözlənilir?01 / 06 / 2024, 13:16Uruqvay Prezidenti dövlət başçısına təbrik məktubu göndərib01 / 06 / 2024, 13:03Vyetnam Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 12:39
Bütün xəbərlər